Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib

01 dekabr 2025 | 12:26

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, 01.06.2023-cü il tarixinədək inşa edilmiş, lakin istismara icazə aktı almayan qeyri-yaşayış təyinatlı obyektlərin sahiblərin müəyyənləşdirərək onlara bildirişlərin təqdim edilməsi, əkin sahələrinin suvarılmasında növbəlliyin təmin olunması, aqrar sahədə aparılan mövsümi işlər, taxıl səpininin vəziyyəti, əkinlərin bəyan olunmasının sürətləndirilməsi, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi, şəhid ailələrinin ziyarət olunması və onların sosial problemlərinin həllinə köməklik göstərilməsi, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla marifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər