Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib

22 oktyabr 2025 | 18:24

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və idarə müdirləri iştirak ediblər.

Müşavirədə “Konstitusiya və Suverenlik ili” və 2025-ci il 27 sentyabr-Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, 01.06.2023-cü il tarixinədək inşa edilmiş, lakin istismara icazə aktı almayan qeyri-yaşayış təyinatlı obyektlərin sahiblərin müəyyənləşdirərək onlara bildirişlərin təqdim edilməsi, əkin sahələrinin suvarılmasında növbəlliyin təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambıq yığımına nəzarətin gücləndirilməsi, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi, rayon ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidələrinin, bulaqların və qəbiristanlıqlarda şəhid məzarların ətrafının təmiz saxlanılması, şəhid ailələrinin ziyarət olunması və onların sosial problemlərinin həllinə köməklik göstərilməsi, 8 Noyabr Zəfər gününün beşinci ildönmüilə bağlı tədbirlərin keçirilməsi və yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla marifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev  çıxış edib.

Sonda icra başçısı Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin rəisi Emil Hacıyevi və Tərtər şəhər İƏD üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Təranə Qayıbovanı 65 illik yubleyləri münasibətilə təbrik edərək, onlara fəxri fərman, Tərtərdə keçirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimat mərasimində fəal iştrak etdiyinə görə bir qrup İnzibati Ərazi dairəsi üzrə nümayəndələrə təşəkkürnamələr təqdim edib.

 

Keçidlər