Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib

20 iyun 2022 | 14:14

Tərtər rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütamadi olaraq təmizlik işlərinin aparılması, aqrar sahədə aparılan mövsümi işlər, o cümlədən çiyid əkini, baramanın tədarükünün yekunlaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatı və bir sıra digır məsələlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Keçidlər