Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti yanında yaradılmış işçi qrupunun iclası keçirilib

21 may 2026 | 16:14

2026-cı il mayın 27-28-də qeyd olunacaq Qurban bayramı günlərində Tərtər rayonu ərazisində heyvanların kəsimi və satışının mütəşəkkil qaydada həyata keçirilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası Tərtər Rayon İcra Hakimiyyətində baş tutub. İclasda aidiyyəti qurumların nümayəndələri iştirak edərək qarşıdan gələn bayram günlərində görüləcək hazırlıq işlərini və həyata keçiriləcək tədbirləri müzakirə ediblər.

Müzakirələr zamanı rayonda ictimai asayişin etibarlı şəkildə qorunması, sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Qurban bayramı günlərində heyvan kəsimi yalnız müəyyən olunmuş xüsusi məntəqələrdə həyata keçirilməli, baytarlıq-sanitariya normalarına tam riayət olunmalıdır.

İclasdan sonra işçi qrupunun üzvləri rayon ərazisində fəaliyyət göstərən mərkəzləşdirilmiş heyvan kəsimi məntəqəsinə baxış keçiriblər. Baxış zamanı məntəqənin bayram günlərində fasiləsiz fəaliyyət göstərməsi üçün texniki təminatının, sanitariya-gigiyena şəraitinin və baytarlıq nəzarətinin tam hazır vəziyyətdə olduğu müəyyən edilib.

Daha sonra ərazi alaq otlarından təmizlənib, kəsim məntəqəsində dezinfeksiya işləri aparılıb və ətraf mühitin təmiz saxlanılması istiqamətində zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, Qurban bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli xidmətin təmin edilməsi əsas prioritetlərdən biri olacaq.

Keçidlər