Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib

03 aprel 2023 | 11:59

Aprelin 3-də Tərtər Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudovun sədrliyi ilə keçirilən iclasda rayon icra hakimiyyətinin məsul işçiləri, Qarabağ regional  Məşğulluq  Filialının Tərtər Rayon Xidmət şöbəsinin, rayon Polis şöbəsinin, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə təhsil sektorunun, Tərtər rayon Statistika  idarəsinin, Tərtər rayonu üzrə Maliyyə şöbəsinin, Tərtər rayon Gənclər və İdman idarəsinin və digər aidiyyəti qurumların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iclası giriş sözü ilə  açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarını məlumatdırıb.

İclas iştirakçılarının nəzərinə çatdırılıb ki, RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.

İclasda mövzu ilə bağlı Qarabağ regional  Məşğulluq  Filialının Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov, rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədov çıxış edərək komitəinin əsas fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və problemlər, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə danışıblar.

Sonda komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər