Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
23 iyun 2026 | 18:18
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Umudov Elvin Natiq oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin kollektivi adından Elvin Umudovu dövlət xidmətindəki səmərəli fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi və bu şərəfli mükafata layiq görülməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.






