Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib

27 aprel 2022 | 10:14

İclasda şura üzvləri, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak ediblər.

`           Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı, Sərəncamla bağlı rayon icra hakimiyyətində Korrupsiyaya qarşı mübarizə komissiyasının yaradıldığını, komissiyanın Tədbirlər Planının təsdiq olunması barədə məlumat verib.

            Rayon rəhbəri bildirib ki, korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı mübarizənin aparılmasında rayon icra hakimiyyətinin də üzərinə düşən vəzifələr və məsuliyyət artmışdır. Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalisinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi nüqativ təzahürlərə qarşı ciddi mübarizə aparmaq vəzifə borcumuzdur. 

 İcra başçısı rayonda təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi, əkin sahələrinin suvarılmasında növbəlilik qrafikinin pozulması sahələrində yol verilmiş korrupsiya hallarından da danışıb, bu cür halların yolverilməz olduğunu vurğulayıb.

            Sonra Tərtər rayon prokuroru Əli Qurbanov, rayon Polis şöbəsinin rəisi Elçin Qasımov çıxış edərək prokurorluq orqanlarının, Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı mübarizə ilə bağlı qarşısında durduğu vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyən edilmişdir.

            Hazırda ölkəmizdə dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək rifahına nail olmaqdır.

            Qeyd olunub ki, rəhbər vəzifədə çalışan hər kəs rüşvət və korrupsiyaya qarşı barışmaz mövqe tutmalıdır. Hüquq-mühafizə orqanları digər dövlət qurumları ilə birlikdə korrupsiyanın qarşısının alınması ilə bağlı maarifləndirici, qabaqlayıcı tədbirlər görməlidirlər.

            Müşavirədə iştirak edən rayon mərkəzi xəstəxanasının Publik hüquqi-şəxs direktiru Sərxan Cəlahani, rayon Təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov çıxış edərək bildiriblər ki, davamlı şəkildə həyata keçirilən fəaliyyət, qabaqlayıcı tədbirlərin, irəli sürülən təkliflərin nəticəsində bütün sahələr üzrə korrupsiya hüquqpozmalarına qarşı daha çevik mexanizminin yaradılmasında mühüm stimul rolunu oynayacaq.

            Müşavirəni rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb.

Keçidlər