Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
İcra başçısı növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əliyev Anar Vaqif oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı Müstəqim Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, onların qisasının alındığını bildirib, Ələkbər kimi oğulların qəhrəmanlığının unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona köçüb. 1988-ci ildə isə milli zəmində Ermənistanın başladığı qanlı hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçmək məcburiyyətində qalırlar. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!