Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 27 sentyabr “Anım Günü” ilə əlaqədar Köçərli kəndində şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
İcra başçısı növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun Köçərli kəndində yaşayan ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı Müstəqim Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, onların qisasının alındığını bildirib, Ələkbər kimi oğulların qəhrəmanlığının unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.
Qeyd edək ki, Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!