Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən keçirilən onlayın təlimə qatılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya ilə əlaqədar növbəti onlayn təlim keçirilib.
Təlimdə DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış edib. R.Rəhimli təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, həyata keçirilməsi metodları və nəticələrin hesablanmasının yeni düsturlar vasitəsilə izahını verib, həmçinin qiymətləndirmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə slaydlarla müşayiət olunan geniş təqdimat edib. Təlimin sonunda Rəcəb Rəhimli dövlət qulluqçularını maraqlandıran sualları cavablandırıb və praktik tövsiyələr verib.
Onlayın təlimə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri də qatılıb.