Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

25 yanvar 2023 | 12:17

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.  

Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra “dəyirmi masa” ətrafına toplanıblar.

Tədbirdə Umummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadligı ugrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Svetlana Əzizova  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı “Tədbirlər Planı”nın təsdiq olunması və respublikamızda Ulu Öndərin  100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev müasir gənclər siyasətinin banisidir.

Sonra o, Ulu Öndərin gənclərə göstərdiyi qaygıdan, gənclərlə iş üzrə aparılan dövlət siyasətinin  əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan təhsilinə göstərilən diqqətdən, azərbaycan gənclərinin  birinci Forumundan, ”Gənclər günü”nün təsis olunmasından, Gənclər və İdman Nazirliyinin yaradılmasından, Umummili Lider tərəfindən Azərbaycan gənclərinin  saglam və hərtərəfli inkişafı üçün içtimai-siyasi mühitin yaradılmasından danışıb. 

“Dəyirmi masa”da iştirak edən Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanova, fond mühafizəçisi Nigar  Əlizadə, rayon Mədəniyyət  Mərkəzinin bədii rəhbərləri Sadiq Quliyev, Ülviyyə Əliyeva və kitabxanaçı  Arzu Qədimzadə Ulu Öndərin gəncərə, onların təhsilinə, hərbi vətənpərvərlik tərbiyəsinə, idman və  bədən tərbiyəsinin inkişafına, Azərbaycan gəncliyinin təşkilatlanması prosesinə göstərdiyi diqqət və qayğını dilə gətiriblər.

Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti  bu gün onun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə ”2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan olunması bunun ən gözəl təzahürüdür.

Bu günkü Azərbaycan gəncləri daha mübariz, daha vətənpərvərdir. Məhz onların sayəsində 30 ildən sonra torpaqlarımız işgaldan azad oldu. Pespublika Prezidentinin dediyi kimi “Biz  qəlbində güclü  Vətən sevgisi olan gənc nəsil yetişdirdik. ”Məhz bu gənclər arasından Azərbaycanın Milli Qəhrəmanları, Vətən müharibəsi Qəhrəmanları, Azərbaycan Bayrağı Ordenli ogullar çıxdı və Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük  Vətən müharibəsində Zəfər qazanıldı. Bütün dünya gördü ki, Azərbaycan ordusu, Azərbaycan gəncləri nəyə qadirdir.

“Dəyirmi masa”ya  Heydər Əliyevin bu  sözləri ilə yekun vurulub: ”Azərbaycanın bu günkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir,” və Azərbaycan gəncliyi dövlət başcısının  iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Keçidlər