Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib

30 yanvar 2023 | 09:50

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və Tərtər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “ dəyirmi masa” keçirilib.  

Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolunu diqqətə çatdıraraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs gənclərimizin həyatında öz tövhəsini verməkdədir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.

       Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsindən, istedadlı gənclərin üzə çıxarılmasından və onların ölkənin gələcəyinə töhfə verməsindən ibarətdir.

     Azərbaycan gənclərinin birinci Forumu məhz Umummilli liderin təşəbbüsü ilə o, ikinci dəfə hakimiyyətə gəldikdən sonra keçirildi, ardınca forumun 1-ci ildönümündə 2 fevral –Azərbaycan gəncəri günü təsis edildi və gənclərlə bağlı ardıcıl olaraq bir sıra mühüm sərəncamlar imzalandı. Göstərilən diqqət və qayğı gəncləri müstəqil Azərbaycanın qurucusuna çevirdi.

     Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan gəncləri Zəfər tariximizi yazaraq, 30  ildən sonra torpaqlarımızı işğaldan azad etdi. Bu, müasir Azərbaycan gənclərinin qələbəsi idi.

“Dəyirmi masa”da mərkəzin direktoru İntiqam Mustafayev, işçilərdən  Günel Dəmirova, Nərmin Müseyibli, Aytac Rəhimova və Rauf İbrahimli də çıxış edərək bu günkü xoşbəxt gələcək üçün  Umummilli Liderə borclu olduqlarını bildiriblər.

Keçidlər