Tərtər rayon ağsaqqallar şurasının üzvlərinin bir qrupu işğaldan azad olunmuş Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşkilatçılığı və dəstəyi ilə başda rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov olmaqla Tərtər rayonundan olan ağsaqqalar şurasının üzvlərinin bir qrupu iyul ayının 13-14-də işğaldan azad olunmuş Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.
Ağsaqqallar Şuşa şəhərində Cıdır düzündə, İsa bulağında, Gövhərağa Məscidində, Molla Pənah Vaqifin məqbərəsində, Laçın rayonunda və Zabux kəndində aparılan tikinti abadlıq işləri ilə tanış olub, gəzintidə xatirə şəkilləri çəkdiriblər.
Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov öz təəssüratlarını belə ifadə edib:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı”nın tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri getdikcə daha da genişləndirilir. Azərbaycan xalqı tarixi zəfərdən sonra 30 illik həsrətinə qovuşub. İşğal altından azad olunmuş ərazilərə qayıtmaq, oranı gəzmək, orada yaşamaq təkcə məcburu köçkünlərin deyil, bütün Azərbaycan xalqının arzusudur. Şükürlər olsun ki, Ali Baş Komandanımız Cənab İlham Əliyevin komandanlığı altında igid oğullarımız bizə qələbə sevincini yaşatdı. İndi işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır. Tezliklə Qarabağ yenidən gülüstana çevriləcək. Bizə yaşatdığı qələbə, zəfər sevincinə, işğaldan azad ediən ərazilərdə aparılan abadlıq işlərinə görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ağsaqqalları adından öz minnətdarlığımızı bildiririk.