Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

23 sentyabr 2026 | 15:29

Yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.

Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş nitqi ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevi və digər tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə böyük nüfuz və hörmətə malik olan ağsaqqalların fəaliyyətindən, dəyərli xidmətlərindən söz açıb.

Ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından ,ağsaqqal sözünün insanları birliyə,qarşılıqlı hörmət və həmrəyliyə səslədiyindən bəhs edib.

Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ağsaqqallara verdiyi dəyərdən, onları milli-mənəvi dəyərlərimizin “Qızıi Fond”u adlandırmasından, bu gün Ulu Öndərin ən layiqli davamçısı, Respublika Prezidenti cənab İlham Əliyevin onun yolunu davam etdirməsindən, ağsaqqalları milli-mənəvi dəyərlərin qoruyucuları və mənəvi sütunu  adlandırmasından, respublikamızda həyata keçirilən qlobal layihələrdən də danışıb.

İcra başçısı çıxışının sonunda  rayon Ağsaqqallar Şurasına gələcək fəaliyyətində, eləcə də yığıncağa  işində uğurlar arzulayıb.

Sonra Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov təşkilatın fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, hesabat dövrü ərzində yerli təşkilatın üzvləri rayonda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Faiq Məmmədov məruzəsinin sonunda rayon ağsaqqallarının öz üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb.

Hesabat seçki yığıncağında çıxış edən Sahib Həsənov, İman Almuradov və Mehman Babayev  təşkilatın fəaliyyətindən bəhs ediblər. Həmçinin cəmiyyətimizdə mövcud olan problemlərə qarşı daha təsirli işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Tərtər rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətlərini davam etdirəcəklər.Çıxışçılar rayon ağsaqqallar şurasının fəaliyyətini qənaətbəxş kimi dəyərləndiriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, hər zaman dövlətə sədaqətləri və aktiv fəaliyyətləri ilə seçilən Tərtər ağsaqqalları və ziyalıları ilə görüşdüyü üçün çox məmnundur.

Sonra o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafından, dövlət başçısının uğurlu daxili və xarici siyasətindən ətraflı bəhs edib.Vurğulayıb ki, ölkəmiz beynəlxalq müstəvidə fəal diplomatik mövqeyini yüksək səviyyədə nümayiş etdirir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.

Hesabat-seçki yöğıncağında təşkilati məsələlər də müzakirə olunub.

Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Faiq Məmmədovun namizədliyi irəli sürülüb.

Keçirilən açıq səsvermə yolu ilə o, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

 

 

Keçidlər