Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Peşə Məktəbində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü qeyd olunub

08 may 2026 | 11:48

Tərtər Peşə Məktəbində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Uğurlu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Sonra Tərtər Rayon İcra Hakimiyyətl başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək Heydər Əliyevin dövlət idarəçiliyini gücləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun yüksək səviyyədəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin təhsilə və peşə hazırlığına verdiyi xüsusi önəmi qeyd edib. Bildirilib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü kadr potensialı formalaşdırılıb və gənclərin milli ruhda tərbiyə edilməsi prioritet istiqamətə çevrilib.

Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev direktor müavinləri Esmira Hüseynova, Bəhruz Nəzərov və məktəbin psixoloqu Altunə Bayramova çıxış edərək, Heydər Əliyevin həyat yolunun hər bir azərbaycanlı üçün bir məktəb olduğunu, onun  irsinin gənc nəsil üçün öyrənilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş videoçarxa baxıblar.

Keçidlər