Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Peşə Məktəbində gender bərabərliyinə həsr edilmiş tədbir keçirilib

18 may 2026 | 16:02

Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə Tərtər Peşə Məktəbində tələbələr arasında gender bərabərliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, qadın və kişilərin təhsil, əmək və ictimai həyatda bərabər hüquq və imkanlara malik olmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, gender bərabərliyinin təmin edilməsi sağlam ailə münasibətlərinin formalaşmasına, sosial ədalətin möhkəmlənməsinə və davamlı inkişafa mühüm töhfə verir.

Mövzu ətrafında məktəbin tədris-təlim işləri üzrə direktor müavini Esmira Hüseynzadə, təsərrüfat işləri üzrə direktor müavini Bəhruz Nəzərov, məktəbin psixoloqu  Altunə Bayramova, təlim ustası Nərgiz Mürsəlzadə və karyera üzrə mütəxəsis Aqşin İsmayılov çıxış ediblər. Çıxışlarda ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə dövlət proqramları və fəaliyyət planları bu istiqamətdə sistemli işlərin aparıldığını göstərir.

Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qeyd olunub ki, gender bərabərliyinin təmin edilməsi hər bir cəmiyyət üzvünün hüquqlarının qorunmasına və daha ədalətli cəmiyyətin formalaşmasına xidmət edir.

Keçidlər