Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər futbol komandası növbəti qələbəsini qazanıb.

24 noyabr 2025 | 10:02
Azərbaycan Region Liqasının VI turunun oyunları çərçivəsində Tərtər FK-sı növbəti dəfə qələbə qazanıb.
 
Şimal-Qərb və Qərb zonası qrupunda keçirilən qarşılaşmada Tərtər FK-sı rəqibi Balakən FK-nı 3:1 hesabı ilə məğlub edib.
 
Tərtər Olimpiya İdman Kompleksində keçirilən oyunu izləyən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov oyundan sonra idmançılarla görüşüb, onların qayğıları ilə maraqlanıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
Keçidlər