Tərtər futbol komandası növbəti qələbəsini qazanıb
07 aprel 2025 | 09:33
Azərbaycan Region Liqasının IV turunun oyunları çərçivəsində Tərtər FK-sı növbəti qələbəsini qazanıb.
Şimal-Qərb və Qərb zonası qrupunda keçirilən qarşılaşmada Tərtər FK-sı rəqibi Qaxın “Kürmük” FK-nı 7:3 hesabı ilə məğlub edib.
Tərtər Olimpiya İdman Kompleksində keçirilən oyunu izləyən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov oyundan sonra idmançılarla görüşüb, onların qayğıları ilə maraqlanıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.