Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər çayının yatağında iməclik aksiyası keçirilib

06 yanvar 2026 | 17:33

 

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər çayının yatağında  iməclik aksiyası keçirilib.

İməclikdə İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə olan alaq otları biçilərək təmizlənib, ərazidə olan tullantılar toplanaraq götürülüb.

İməcliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir

Keçidlər