Tərtər Aqrar İnkişaf Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və aqrar inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
”Dəyirmi masa” nı giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev Ümummilli Liderin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin birinci Forumunun keçirilməsindən, həmin forumun ildönümündə 2 fevral Gənclər gününün təsis olunmasından, Heydər Əliyevin gənclərin fiziki və mənəvi cəhətdən saglam və hərtərəfli inkişafına göstərdiyi dəstəkdən, gənclərin təhsilinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqətindən və s. məsələrdən danışaraq Ulu Öndərin bu fikirlərini vurgulayıb: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”
Sonra Tərtər Aqrar İnkişaf Mərkəzinin hüquqşünası Ayaz Qədimov, aqronom Mehrac Bilalzadə, torpaqşünas Elgün İbrahimli, sosial işçi Əsli Allahverdiyeva, aparıcı-məsləhəçi Turan Məhərrəmli və sosial işçi Röya Həsənzadə çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: Ulu Öndər Azərbaycanda gənclər siyasətinin banisidir. Əsası Ulu Öndər tərəfindən qoyulan Gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özünü doğrultmuşlar.