Tərtər Ağdərə avtomobil yolunun kənarlarında iməcilik işləri aparılmışdır
26 oktyabr 2023-cü il tarixində Tərtər Ağdərə avtomobil yolunun kənarlarında ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə yol kənarı boyunca Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməcilik keçirilmişdir.
İməclikdə rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə bələdiyyə, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişlər. Aksiya zamanı avtomobil yolunun kənarları məişət tullantılarından, alaq otlarından, xəzəldən təmizlənmişdir.
İməcilik aksiyanın məqsədi ətraf mühitin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.