Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” və “Zərərli vərdişlərlə mübarizə” mövzusunda konfrans keçirilib

23 aprel 2026 | 12:47

Tərtər Rayon İcra Hakimiyyətinin, Ağdərə-Tərtər Təhsil sektorunun, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər rayon Polis şöbəsinin, Tərtər Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndələrinin, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının,psixoloqların və valideynlərin iştirakı ilə Ağdərə rayonu Sarvan Quluyev adına Şıxarx qəsəbə tam orta məktəbində “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” və “Zərərli vərdişlərlə mübarizə” mövzusunda konfrans keçirilib.

Konfransın əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, hüquqi biliklərin artırılması və riskli davranışların qarşısının alınması olub.

Konfransda Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov,  Tərtər RPŞ-nın XÜ rəis müavini polis polkovnik-leytenantı Elxan Zamanov, Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun məsləhətçisi Nərgiz Quliyeva, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Hətəm Nuruzadə çıxışlar ediblər.

Çıxış edənlər yeniyetmələr arasında zorakılıq halları, onun hüquqi məsuliyyəti, zərərli vərdişlərin insan sağlamlığına və gələcəyinə mənfi təsiri barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, şagirdlərə qarşılıqlı hörmət, düzgün davranış qaydaları və sağlam həyat tərzinin üstünlükləri izah olunub.

İştirakçılarının sualları cavablandırılıb, stressin idarə olunması və aqressiyanın düzgün yönləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub və belə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər