TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasında (RMX) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə sünnət aksiyası keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə şəhid və qazi ailələrinin uşaqları üçün sünnət aksiyası keçirilib.
Uşaqlar labarator müayinədən keçirildikdən sonra həkim-cərrah Mübariz Mahmudov və Asəf Fərzəliyev tərəfindən sünnət əməliyyatı həyata keçirilib.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada ümumilikdə 20 nəfər uşaq sünnət olunub. Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.
Aksiya ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsinin əməkdaşları uşaqlara hədiyyələr təqdim ediblər.
Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, valdeyinlər onların övladlarına göstərilən xüsusi diqqət və qayğıya görə TƏBİB ailəsinə, İTSDA-nə və Tərtər RMX-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq.