Şriftin ölçüsü :

Saytın rəngi :

Talış kəndinin növbəti 10 ailəsi də doğma torpaqlarına köçürülüb

16 mart 2023 | 21:53

Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə köçürülməsi nəzərdə tutulan 20 ailənin növbəti 10 ailəsi də köçürüldü.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Bayraq Meydanında təntənəli qarşılanma və yolasalma mərasimi keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Talış sakinlərini Novruz bayramı və öz yurdlarına köçmələri münasibəti ilə təbrik edib.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Talış kəndinin sakinlərinə  rayon icra hakimiyyəti tərəfindən bayram sovqatları paylanılıb.

Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.

Keçidlər