Şriftin ölçüsü :

Saytın rəngi :

Suqovuşanda “Prezident kuboku-2022” turniri çərçivəsində xüsusi su şousu təqdim olunub

07 may 2022 | 17:48

Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası çərçivəsində xüsusi su şousu təqdim olunub.

Suqovuşan su anbarında iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistanın bayraqları ilə bəzədilmiş hidrosikllər dövrə vurublar. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın bayrağı rəngində hava şarları səmaya buraxılıb.

Fleybordların çıxışı isə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar birnəfərlik kanoe, birnəfərlik və ikinəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş edəcəklər.

Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

 

 

Keçidlər