Şriftin ölçüsü :

Saytın rəngi :

Suqovuşanda “Prezident kuboku-2022” reqatasına start verilib

07 may 2022 | 17:51

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürüb.

İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.

Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş edəcəklər.

Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Keçidlər