Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar” adlı tədbir keçirilib

04 sentyabr 2026 | 09:37

Sülh aylığı çərçivəsində “Azərxalça” ASC-nin Tərtər filialında “Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin ,YAP rayon təşkilatının nümayəndələri, “Azərxalça” ASC-nin Tərtər filialının əməkdaşları və toxucu qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorununmüdiri Zabil Paşayev sülhün və əmin-amanlığın bəşəriyyət üçün ən böyük dəyərlərdən biri olduğu vurğulayıb. Bildirilib ki, 21 avqust–21 sentyabr tarixlərini əhatə edən Sülh aylığı çərçivəsində keçirilən tədbirlər insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə səsləmək, cəmiyyətdə sülh mədəniyyətinin daha da möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Qeyd olunub ki, Azərbaycan xalqı uzun illər müharibə və münaqişənin ağır nəticələrini yaşayıb. Bu baxımdan ölkəmizdə sülhün, sabitliyin və təhlükəsizliyin qorunması hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Azərbaycan xalçaçılıq sənətinin xalqımızın milli-mənəvi irsinin ayrılmaz hissəsi olduğu diqqətə çatdırılıb. Toxucu qadınların öz zəhmətləri ilə bu sənəti yaşatmaları, xalçalar üzərində milli naxış və ornamentləri gələcək nəsillərə ötürmələri yüksək qiymətləndirilib.

Sonra YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev,emalatxana müdiri Səma Əkbərli,xalçaçı Amalya Məmmədova,toxucu Samirə Məmmədova çıxış ediblər.

Çıxışlarda sülh, dostluq və həmrəyliyin təbliğinin vacibliyi vurğulanıb, dünyada müharibələrin deyil, qarşılıqlı anlaşma və əməkdaşlığın hökm sürməsi arzulanıb və "Ananın səsi" mahnısı xatırlanıb:


Mən anayam,bu səsimdə

Yerin,göyün dərdi var.

Sülhə gəlin,ey insanlar,

Yoxsa,dünya məhv olar.

Keçidlər