Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində kitab sərgisi keçirilib

28 avqust 2026 | 12:09

Tərtər Rayon İcra Hakimiyyəti  Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi ilə birlikdə “Sülh aylığı” çərçivəsində  kitab sərgisi təşkil edib.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, rayon ziyalıları və gənclər iştirak  ediblər.

Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova tədbiri açaraq bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabrın hər 3-cü çərşənbə axşamı keçirilirdi. Lakin 2002-ci ildə BMT Beynəlxalq Sülh Günü üçün 21 sentyabr tarixini əsas tarix kimi müəyyənləşdirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust-21 sentyabr “Sülh aylığı” elan edilmiş və bununla bağlı 21 avqust 2026-cı il tarixdə xalqa müraciət ünvanlanmışdır. Aylığın keçirilməsində məqsəd bütün dünyada sülhün, təhlükəsizliyin və insan haqlarının qorunması demokratiyanın inkişafında əsas cəhət olduğunu bildirməkdir.

Tədbirdə  rayon Mədəniyyət Mərkəzinin direktoru Ehtibar Əhmədov, Mərkəzi kitabxana Sisteminin müdiri Şəlalə Əliyeva çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə töhfə verir.
Qeyd olunub ki, sentyabrın 21-dək rayonun kitabxanalarında, uşaq bağçaları və ümumtəhsil məktəblərində mövzu ilə bağlı tədbirlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Keçidlər