Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli və qənaətli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.1. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib

23 oktyabr 2026 | 09:21

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.1. bəndinə uyğun olaraq Tərtər rayonunun Ələsgərli kəndində İnzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin genişləndirilməsi mövzusunda tədbir keçirilib. Tədbirdə içməli su təchizatı, tullantı və yağış sularının su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin rayonda tullantı və yağış sularının bioloji və mexaniki sutəmizləyici qurğular vasitəsilə təmizlənməsi və həmin suların əhali tərəfindən suvarma və digər istehlak sahələri üzrə istifadəsinin mümkünlüyü bildirilib.

Tədbirdə su ehtiyatlarının qorunması, səmərləri idarə olunması, qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyalarının tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Diqqqətə çatdırılb ki, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzərat tədbirləri həyata keçirilsin.

Keçidlər