Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.5.2. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib

12 may 2025 | 11:56

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.5.2. bəndinə uyğun olaraq Tərtər rayonunda sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə son zamanlar iqlim dəyişmələrinin fəsadları olaraq yağıntıların qeyri-bərabər paylanması nəticəsində Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələrinin baş verməsinə gətirib çıxardığı bildirilmiş və Tərtər rayonu ərəzisində riskli ərazilər üzrə sel və daşqın hadisələrinin təsirlərinin azaldılması məqsədilə sel və daşqın təhlükəsi riskləri olan ərazilərin müəyyən edilməsi və xəritələşdirilməsi həmçinin sel və daşqın riskli ərazilər üzrə sahilqoruyucu mühafizə bəndlərinin inşası və digər bu kimi mühafizə tədbirlərinin görülməsi barədə aidiyyəti qurumların əməkdaşları ilə geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər