Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.3.3. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib

19 iyun 2025 | 16:41

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.3.3. bəndinə uyğun olaraq Tərtər rayonunda İnnovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Rayon icra hakimiyyətinin və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə Beynəlxalq təcrübə əsas götürülməklə Tərtər rayonunda içməli su üçün təmizləyici və zərərsizləşdirici qurğuların müasirləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması və müasir içməli su üçün təmizləyici və zərərsizləşdirici qurğuların tətbiqinin genişləndirilməsi üzrə müvafiq işlərin icrası barədə geniş müzakirə aparılmışdır. Tədbirdə qarşıya qoyulan əsas məsələ Tərtər rayonunda içməli suyun keyfiyyətinin və təhlükəsizliyinin tam təmin edilməsi olmuş və mövzuda aidiyyəti qurumun əməkdaşları ilə geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər