Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.2.1. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib

06 may 2025 | 10:40

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.2.1. bəndinə uyğun olaraq Tərtər rayonunda su və su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istfadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə vətəndaşlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir. İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilən və sayğacdankənar xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə bağlı müvafiq tədbirlərin görülməsi bildirilib. Həmçinin istehlakçıların müvafiq sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması, qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyalarının tətbiqi və digər məsələlər barədə geniş müzakirələr aparılıb.

Keçidlər