“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.2. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.2. bəndinə uyğun olaraq rayon icra hakimiyyətində Tərtər rayonunda su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi sahəsində tədbir keçirilib.
Rayon icra hakimiyyətinin və aidiyyatı təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə Tərtər rayonunda mövcud su hövzələrindən turizm (turizm-rekreasiya və balneoloji istiqamətlərdə) məqsədilə istifadəyə dair qiymətləndirmə aparılması, müvafiq su hövzələrinin turizm potensiallı hissələrindən istifadənin genişləndirilməsi məqsədilə təkliflər hazırlanması barədə geniş müzakirə aparılmışdır. Həmçinin Tərtər rayonunda mövcud su ehtiyatları, həm təbii sərvətlərin qorunması, həm də turizm potensialının artırılması üçün böyük əhəmiyyətə malik olduğu vurğulanmış, dövlət orqanlarının dəstəyi ilə bu sahədə effektiv strategiyalar hazırlanaraq icra edildiyi təqdirdə Tərtər beynəlxalq səviyyədə tanınan bir turizm məkanına çevrilə bilər. Bu istiqamətdə hamımızın birgə səyi ölkəmizin davamlı inkişafına və regionun sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcəyi və bu sahədə daha uğurlu nəticələrə nail olmaq üçün aidiyyəti dövlət qurumlarının rəy və təkliflərinin olduqca vacibliyi vurğulanmışdır.