“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.3.6. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.3.6. bəndinə uyğun olaraq Tərtər rayonunda qış otlaq sahələrinin su təminatı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələbatına uyğunlaşdırılması məqsədilə tədbir keçirilib.
Rayon icra hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Tərtər Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə rayonda mövcud olan qış və yay otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının suya olan tələbatının və müvafiq sahədə cari vəziyyətin təhlili əsasında optimallaşdırma tədbirlərinin müəyyənləşdirilməsi və yekun nəticə olaraq rayonda mövcud qış otlaq sahələrinin su təminatı səviyyəsinin 100 faizə çatdırılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmış və müvafiq işlərin görülməsi üçün tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparılmışdır.