“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.1.4. bəndinə uyğun olaraq Tərtər rayonunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.1.4. bəndinə uyğun olaraq Tərtər rayonunda içməli su təchizatında su itkilərinin qarşısının alınması mövzusunda tədbir keçirilib. Tədbirdə içməli su təchizatı, tullantı və yağış sularının su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin rayonda tullantı və yağış sularının bioloji və mexaniki sutəmizləyici qurğular vasitəsilə təmizlənməsi və həmin suların əhali tərəfindən suvarma və digər istehlak sahələri üzrə istifadəsinin mümkünlüyü bildirilib.






