Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Tərtərdə keçirib

08 iyul 2022 | 17:50

Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, respublikada əhaliyə göstərilən sosial xidmətlərlə bağlı fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Tərtər və Bərdə sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 25 müraciətçi fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə kimi məsələlərlə bağlı müraciətlərini bildirib. Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Bildirilib ki, qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir.

Qeyd olunub ki, vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini həmçinin (012) 525-41-30 telefon nömrəsinə və 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə ünvanlaya bilərlər.

Keçidlər