Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul–görüşlərdə vətəndaş məmnunluğu təmin edilir

05 fevral 2024 | 14:12

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə yerlərdə Tərtər Rayon İcra Hakimyyəti başçısının səyyar qəbul- görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərdə  vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Ötən səyyar qəbul–görüşlərdə Qaradağlı, Soyulan, Sarov kənd sakinlərinin şəhid abidələrinin əsaslı təmirdən sonra ətrafına və giriş hissəsinə asfalt salınması, Evoğlu və İsmayılbəyli kənd sakinlərinin küçələrə çınqıl döşənməsi ilə bağlı müraciətləri həll olunub. Hər üç şəhid abidəsinin ətrafına və giriş hissəsinə asfalt salınıb, Evoğlu və İsmayılbəyli kəndlərinin küçələrinə isə çınqıl döşənib.

Müraciət müəllifləri görülən işlərdən razı qalıblar. Onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər