Seydimli kənd sakinlərinin müraciəti həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Seydimli kənd sakinləri müraciət edərək kəndin daxili yollarına çınqıl verilərək hamarlanmasını xahiş ediblər. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Seydimli Bələdiyyəsinin köməkliyi 3000 metr məsafədə yola çınqıl verilərək hamarlanmışdır.
Seydimli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






