Şriftin ölçüsü :

Saytın rəngi :

Seydimli kənd Fəxrəddin Orucov adına tam orta məktəbdə "Dövlətin tam hüquqlu vətəndaşıyıq" mövzusunda tədbir keçirilib

06 noyabr 2024 | 15:25

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Sosial Xidmətlər Agentliyi Qarabağ Regional Filial mütəxəssisi Vüzal Əzizov, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanların proflaktik işinin təşkili qrupunun İnspektoru-Polis Leytenantı Sirac Əlizadə, məktəbin direktoru Nurəddin İbrahimov müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər hüquqlarımızı bilməyin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə əhəmiyyətli olduğunu bildirdilər.

Tədbirin sonunda mövzuya aid suallar cavablandırılıb

Keçidlər