Şriftin ölçüsü :

Saytın rəngi :

Səhlabad kənd sakinlərinin müraciəti həll olunub

14 oktyabr 2026 | 16:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu zamanı Səhlabad kənd sakinləri müraciət edərək elektrik transformatorunun və yararsız elektrik dirəklərinin yenisilə əvəz olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 1 ədəd 250 kva KTM quraşdırılıb, 700 m kabel çəkilib, 10 ədəd dayaq yenisilə əvəzolunaraq vətəndaşların müraciəti həll olunub.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər