Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qəhramanlı Yaqub Abdulla oğlunun üç mərasimi keçirilib

31 may 2022 | 15:57

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər  iştirak edib.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb.

Şəhid Yaqub Qəhrəmanlı  44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdu.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər