Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladının müraciəti təmin olundu

01 dekabr 2025 | 14:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Sarıcalı kənd sakini Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Qabil Cəlil oğlunun övladı Əliyeva Əsmər Qabil qızı müraciət edərək evinin qarşısından keçən suvarma arxının kol-kosdan və lildən təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Buruc bələdiyyəsinin və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.

Şəhid övladı onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər