Şəhid oğlunun müraciəti təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Səhlabad kəndində keçirilən səyyar qəbul görüşü zamanı şəhid Mehrac Mahmudovun oğlu Ziya Mahmudov müraciət edərək kəndin giriş yolunun kənarlarına tökülmüş torpağın hamarlanmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin xüsusi texnikası vasitəsilə torpaq örtüyü hamarlanmışdır.
Şəhid övladı ona göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






