Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri antiterror əməliyyatlarında şəhid olmuş Elnur İbrahimovun təltiflərini onun ailəsinə təqdim edib

27 dekabr 2023 | 12:28

İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli sərəncamına  əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis müavini Pərviz Hüseynov, müharibə veteranları və kənd ictimaiyyətin nümayəndələri ilə birlikdə  şəhidin təltiflərini təqdim etmək üçün onun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar. Şəhidin valideynləri onlarla Elnurla bağlı xatirələrini bölüşüblər.

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun  Qaradağlı kəndində anadan olub. Elnur İbrahimov 19 sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Elnurla bağlı xatirələri dinləyən icra başçısı onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, Vətəni onun kimi sevməyi öyrətdiyini, onun daim xatirələrdə yaşadığını, ölümü ilə tarix yazdığını vurğulayıb, Allahdan şəhidlərə rəhmət diləyib. Məhz Elnur kimi vətənpərvər oğulların qəhrəmanlığı sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunduğunu, ərazi bütövlüyümüzün tam bərpa edildiyini bildirib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezdent Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər