Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ələkbər Ələkbərlinin doğum günü qeyd olunub

28 iyul 2022 | 17:36

28 İyul 2022- ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Ələkbərli Ələkbər Ramiz oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Tərtər rayonunun Köçərli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək, üzərinə gül- çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ələkbər Ələkbərli  1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır. O, Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ziyarətçilər Köçərli kəndində şəhidin ailəsini də ziyarət ediblər.

Şəhidin valideyinləri ilə görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov və YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışaraq, şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər