Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atasının müraciəti təmin olundu

26 yanvar 2026 | 14:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon İsmayılbəyli kənd sakini Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun atası Əliyev Faiq Əyyub oğlu müraciət edərək yaşadığı küçəyə çınqıl verilərək hamarlanmasını xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Qaraağacı Bələdiyyəsinin köməkliyi ilə qeyd olunan yola çınqıl verilərək hamarlanmışdır.

Şəhid atası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər