Şəhid atasının müraciəti təmin olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər rayon Kəbirli kənd sakini Vətən müharibəsi şəhidi şəhid Hüseynov Elnurun atası Hüseynov Əhliman müraciət edərək kənd qəbristanlığına gedən yola çınqıl verilərək hamarlanmasını xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Qaradağlı Bələdiyyəsinin köməkliyi ilə qəbristanlığa gedən yola çınqıl verilərək hamarlanmışdır.
Şəhid atası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






