Şəhid atasının müraciəti təmin olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Rüstəm Hacıyevin atası Firqani Hacıyev müraciət edərək bağında şəhidin adına bulaq tikdirdiyini bildirərək tikinti materialının verilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə şəhid ailəsinə bulağın tikintisi üçün 6 kub qum və 6 kub şebel verilmişdir.
Şəhid atası onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






