Şəhid atasının müraciəti təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı şəhid Hüseynov Elnurun atası Əhliman Hüseynov müraciət edərək yaşadıqları küçəyə şebel verilərək hamarlanmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Kəbrli kənd İƏD üzrə nümayəndə və Qaradağlı bələdiyyəsinin təşkilatçılığı iləşəhid ailəsinin yaşadığı küçəyə şebel tökülərək hamarlanmışdır.
Şəhid atası ona göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






