Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atasının müraciəti öz müsbət həllini tapıb

26 may 2025 | 11:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kəndində keçirilən səyyar qəbul görüşü zamanı şəhid atası Bəhruz Qasımov müraciət edərək suvarma arxı təmizlənən zaman ətrafa tökülmüş lil qatının təmizlənməsinə köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin maşın mexanizimləri tərəfindən suvarma arxı təmizlənən zaman ətrafa tökülmüş lil qatı ərazidən təmizlənib.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər